Türkiyədə genişmiqyaslı əməliyyat | VİDEO

   Türkiyədə genişmiqyaslı əməliyyat    | VİDEO
  30 İyun 2025    Oxunub:731
Kibercinayətkar qruplara qarşı Türkiyənin 12 vilayətində genişmiqyaslı əməliyyat həyata keçirilib.
AzVision.az xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Əli Yerlikaya “X” sosial şəbəkəsindəki səhifəsində belə məlumat yayıb.

“Jandarm qüvvələrinin koordinasiyalı tədbirləri nəticəsində kibercinayətkarlıq üzrə ixtisaslaşmış mütəşəkkil cinayətkarlıq strukturlarında iştirakda şübhəli bilinən 230 nəfər saxlanılıb. Bu şəxslərlə bağlı şübhəli əməliyyatların ümumi həcmi 3 milyard 150 milyon türk lirəsi təşkil edib”, - nazir yazıb.

Saxlanılanlardan 93 nəfər barəsində həbs-qətimkan, daha 100 nəfərə münasibətdə isə məhkəmə nəzarəti tədbirləri seçilib. Qalanlar barəsində məhkəmə istintaqı davam etdirilir.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   həbslər  



Xəbər lenti